Bakıda maşın qaçıran keçmiş məhkum həbs edilib

img

12-03-2019 [12:13]


Bakıda maşın qaçıran keçmiş məhkum həbs edilib.

Belə ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ü.Kərimov martın 10-da A.Məhərrəmov küçəsindən "Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Kəlbiyev nəqliyyat vasitəsi ilə birgə Sumqayıt şəhəri ərazisində müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR