Polis Nardaran sakinini saxlayıb

img

12-03-2019 [11:22]


Polis Nardaran sakinini saxlayıb.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR