Gürcüstandan marixuana gətirən şəxs saxlanıb

img

09-03-2019 [15:43]


 Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan "Scania" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. 

Mia.az DGK-nə istinadən bildirir ki, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib.

 Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı sürücü oturacağının üzərində, avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yataq dəstinin altından gömrük nəzarətindən gizlədilmiş bir ədəd kağız bükülünün içərisində çəkisi 4 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR