Elmar Məmmədyarov İranda həmkarı ilə nələri müzakirə edib?

img

09-03-2019 [15:12]


Azərbaycan Respublikasının xarici işlər naziri İranlı həmkarı ilə görüşüb.

Mia.az xəbər verir ki, İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə İran xarici işlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən YUNESKO çərçivəsində əməkdaşlığın genişləndirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Azərbaycanın cari ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının zirvə görüşünə ev sahibliyi edəcəyini nəzərə alaraq, zirvə görüşündən öncə keçiriləcək xarici işlər nazirlərinin görüşünü müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli məsələsini qeyd edib və qarşı tərəfə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.

İran naziri Cavad Zərif Azərbaycanın təhlükəsizlik və inkişafını özünün təhlükəsizliyi və inkişafı bildiyini söyləyib. İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulanıb. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün müzakirə obyekti olan layihələrin  sürətləndirilməsinin vacib olduğu qeyd edilib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirilib. Nazir Cavad Zərif ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll edilməsinə tərəfdar olduğunu vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR