Gürcüstan vətəndaşı Azərbaycanda piyadanı vurdu, həbs olundu

img

07-03-2019 [16:02]


 Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində martın 5-də Bakı-Qazax yolunun Goranboy rayonu ərazisində təxminən 45-50 yaşlarında naməlum kişinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsinin üstü "isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Mia.az-a verilən birgə məlumata görə, ilkin araşdırmalarla 1974-cü il təvəllüdlü, Gürcüstan vətəndaşı Masim Gradjovun idarə etdiyi "Volvo S80” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən şəxsiyyəti istintaqa hələlik məlum olmayan kişini vuraraq ölümünə səbəb olması, daha sonra yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Martın 7-də M.Gradjova Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR