Pakistanın futbol komandası Asiya çempionatından imtina etdi

img

07-03-2019 [14:07]


23 yaşadək futbolçulardan ibarət Pakistan millisi Özbəkistanda keçiriləcək Asiya çempionatının seçmə mərhələsində iştirakdan imtina edib. 

Bu barədə Özbəkistan Milli Olimpiya Komitəsi (MOK) məlumat yayıb. 

F qrupunda Pakistanın olimpiya komandası ilə yanaşı Hindistan, Tacikistan və Özbəkistan mübarizə aparmalı idi.

Artıq bu qrupda 3 komanda - Özbəkistan, Hindistan və Tacikistan milliləri yarışacaq. 

MOK nümayəndəsi "RİA Novosti"ə bu imtinanın Pakistan və Hindistan arasındakı gərgin vəziyyətlə bağlı olduğunu bildirib.

Qeyd edək ki, "Asiya-2020"nin seçmə mərhələ oyunları 22 - 26 martda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Çempionatın final mərhələsi isə 8 - 26 yanvarda Tailandda baş tutacaq. İlk üç yeri tutan komanda "Tokio-2020" Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR