Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün dördmərtəbəli yaşayış binasının təməli qoyulub

img

07-03-2019 [12:17]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxı rayonunda zəlzələdən zərər çəkmiş ailələr üçün şəhərin 20 Yanvar küçəsində dördmərtəbəli 44 mənzilli yeni yaşayış binasının təməlqoyma mərasimində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yeni binanın təməlini qoydu.

Sonra inşaatçılarla xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət etdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR