Salyanda yol qəzası baş verib, xəsarət alanlar var

img

06-03-2019 [23:35]


Salyan rayonunda yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Sarvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "VAZ-21015” və "VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Şorsulu kənd sakinləri - 1993-cü il təvəllüdlü Tahir Cavid oğlu Manafov, 1992-ci il təvəllüdlü Asiman Taleh oğlu Hüseynov və Sarvan kənd sakini, 1970-ci il təvəllüdlü Raqil Nadir oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisi Salyan Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, A.Hüseynov isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR