Əbülfəs Qarayev Rasim Balayevdən üzr istədi: "Bu tədbirdə kimsə kənarda qalıbsa,..."

05-03-2019 [15:19]
Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə xalq artisti Rasim Balayevin iştirak etməməsinə münasibət bildirib.

Nazirin sözlərinə görə, ölkədə 270 xalq artisti var: 

"Həmin tədbir zamanı bütün xalq artistlərinin bir araya gətirilməsi oldyuqca çətin məsələdir. Mənim Rasim Balayevlə gözəl münasibətim var. Mütəmadi şəkildə həmin insanlarla hansısa formada söhbətlər olur. Gələcəkdə belə tədbirlər keçirilərsə, o zaman Rasim Balayev həmin tədbirlərdən kənar qalmaz. Bu tədbirdə kimsə kənarda qalıbsa, üzr istəyirəm".



SON XƏBƏRLƏR