"Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil" - Əbülfəs Qarayev

img

05-03-2019 [15:01]


"Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlətə məxsus deyil".

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, C.Cabbarlının ailəsi evi özəlləşdirib: 

"Odur ki, binanın təmiri üçün o yalnız dövlət balansında olmalıdır. 2012-ci ildə bina tam yararsız hala düşdüyü üçün binadakı əmlak teatr muzeyinə köçürülüb. Biz bu məsələni ailəsi ilə müzakirə etmişik. Ailə istəyir ki, o ev təmir edilsin. Evin birinci mərtəbəsi Cəfər Cabbarlının ev muzeyi edilsin. Bu təcrübə mövcuddur. Əzim Əzimzadənin də ev muzeyi bu formada yaradılıb. 

Biz özümüz də həmin binanın vəziyyətindən narahat idik. Çünki Mədəniyyət Nazirliyinin səlahiyyətində binanı tikmək, dağıtmaq yoxdur. Aidiyyəti orqanlar və mütəxəssislər araşdırma aparmalı və hansı istiqamətdə işlərin görülməsinə rəy verməlidirlər. Ümid edirəm ki, Cəfər Cabbarlının ev muzeyində ən qısa zamanda bərpa işləri görüləcək".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR