Xaricdə döyüşən 6 azərbaycanlı saxlanılıb

img

05-03-2019 [10:15]


Keçən il beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər nəticəsində xaricdə münaqişə zonalarında döyüşən 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

MİA.az-ın ONA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup zərərsizləşdirilib.

Dövlət sərhədinin pozulmasına görə 609 nəfər, rejim qaydalarının pozulmasına görə isə 13 min 458 nəfər saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR