Gəncə hadisələri ilə bağlı həbs edilən daha 8 nəfərin məhkəməsi başladı

img

05-03-2019 [10:15]


Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Gəncə hadisələri ilə bağlı həbs edilən Eşqin Quliyev, Urfan Məmmədov, Rəşad Böyükkişiyev, Abbas Abbasov, Hüseyn Bayramov, Elşən Məmmədov, Oktay Hüseynzadə, Rauf Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır. (Report)


Digər xəbərlər
SON XƏBƏRLƏR