Nazir Prezidentin tapşırıqlarının icrası ilə əlaqədar mətbuat konfransı keçirəcək

img

04-03-2019 [11:03]


Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə verdiyi tapşırıqların icrası ilə əlaqədar mətbuat konfransı keçirəcək.

Mia.az  xəbər verir ki, bu barədə nazirliyin sözçüsü intiqam Hümbətov açıqlama yayıb.

Bildirib ki, görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. 

Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib.

İnqiqam Hümbətiv deyib ki, mətbuat konfransı martın 5-də saat 14.00-da M.F.Axundzadə adına Milli Kitabxanada keçiriləcək: "Mətbuat nümayəndələri dəvət olunur".

Digər xəbərlər
SON XƏBƏRLƏR