Ağcabədidə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb

img

02-03-2019 [16:40]


Ağcabədi rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qarabağ Mərkəzinin könüllülərinin verdiyi məlumata görə, hadisə rayonun Hüsülu kəndi ərazisində qeydə alınıb. 

Belə ki, "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və yaxın qohumu Həyat Məmmədova hadisə yerində ölüb. Digər avtomobildə olan üç nəfər - Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR