Dövlət Gömrük Komitəsi sahibkarlar üçün yeni sayt istifadəyə verəcək

img

28-02-2019 [19:52]


Dövlət Gömrük Komitəsi (DGK) sahibkarlar üçün yeni sayt istifadəyə verəcək.

Bu barədə DGK-nın "Azərterminalkompleks” Birliyinin broker işinin təşkili şöbəsinin rəisi Anar Şükürov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

O bildirib ki, saytın əsas məqsədi qısa idxal bəyannamələrinin onlayn tərtibatını, həmçinin idxal-ixrac əməliyyatlarında bəyannamələrin onlayn tranzit sisteminin daha dəqiq işləməsini təmin etməkdir: "Eyni zamanda, bu sayt vasitəsilə "Azərteminalkompleks”ə aid ödəmələrin daha rahat və şəffaf həyata keçirilməsi mümkün olacaq. Yeni sayt yaxın zamanlarda sahibkarların istifadəsinə veriləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub