Həmkəndlisinə xəsarət yetirən şəxs saxlanıldı

img

28-02-2019 [13:35]


Fevralın 26-sı axşam saat 10 radələrində Yevlax rayon Yuxarı Qarxun kəndi ərazisindən Elnur Məmmədovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi barədə RPŞ-yə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. 

Məlumatla əlaqədar Yevlax Rayon Polis Şöbəsində dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Zəkəriyyə Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR