“Azercell” 2018-ci ilin nəticələrini açıqladı

img

27-02-2019 [13:38]


Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən, innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmağı qarşısına məqsəd qoyan, Azərbaycanın ilk GSM operatoru "Azercell”, ölkə əhalisinin 99,8 %-ini, ərazisinin isə 99,1%-ini (işğal olunmuş ərazilər xaric) əhatə edərək, ölkənin telekommunikasiya sektorunda 49% bazar payı ilə lider mobil operator mövqeyində qərarlaşmağa davam edir.

Şirkətdən Mi.az-a verilən məlumata görə, ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi kimi Azərbaycan iqtisadiyyatına hər zaman öz töhfəsini verən "Azercell" şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat, 22 il ərzində isə 1 milyard 732,3 milyon manat həcmində vəsait ödəyib.

"Azercell" ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, 22 il ərzində 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 min ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.

Abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək, rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm təkmilləşdirmə layihələri müvəffəqiyyətlə icra olundu. Nəticə olaraq, ötən ildə "Azercell" şəbəkəsi üzərindən mobil internet trafikinin istifadəsi 2017-ci il ilə müqayisədə artaraq, 13 petabayta çatdı. İl ərzində 3 dəfə artan "Azercell” in 4G istifadəçilərinin sayı 1 milyonu keçdi. Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən "Azercell" daha 30 şəhər və rayonda 4G şəbəkəsini qurdu. Ümumilikdə, il ərzində 5889 Radio Baza Stansiyası "Azercell" abunəçilərini mobil rabitə ilə təmin edib ki, bunların 828-i 4G stansiyaları olub.

İstifadəçilərin LTE xidmətindən rahatlıqla yararlanması üçün HSS (Home Subscriber Server) layihəsi istifadəyə verildi. Bu texnologiyanın sayəsində abunəçilər 4G şəbəkəsinə qoşulmaq üçün Müştəri Xidmətlərinə müraciət etmədən, mobil cihaz ayarlarından LTE rejimini seçməklə sərbəst şəkildə 4G şəbəkəsindən istifadə etmə imkanı qazandılar.

Rominq siyahısını daha da genişləndirərək, ötən il "Azercell” 19 yeni ölkə ilə saziş bağladı. Eyni zamanda mobil internet xidmətini ölkə hüdudlarından kənarda daha münasib və əlçatan etmək üçün səyahət edən müştərilərə rominqdə istifadəyə nəzərdə tutulan xüsusi internet paketləri təqdim olundu. Bu paketlər 50 ölkədə fəaliyyət göstərən 70-dən çox operatorun şəbəkəsində istifadə edilə bilər.

4G üzərindən sürətli mobil internetdən faydalana biləcək insanların sayının artması üçün şirkət il boyu müştərilərə yeni və əlverişli telefon kampaniyaları təqdim etdi. Bunun sayəsində "Azercell” müştərilərinin 60%-dən çoxu smartfon istifadəçisi oldu. İl boyunca abunəçilərə internet paketləri, danışıq dəqiqələri hədiyyə olundu, müxtəlif həvəsləndirici kampaniyalar keçirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR