Samuxda yol qəzası baş verib, yaralananlar var

img

26-02-2019 [21:47]


 Samux rayonunda yol qəzası baş verib.

Hadisə Samux rayonunun İnstitut qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində 4 nəfər - 1992-ci il təvəllüdlü Musa Rövşən oğlu Əhangər, 1987-ci il təvəllüdlü Yaqub Mirəziz oğlu Qasımov, 1993-cü il təvəllüdlü Tural Məmmədov və 2013-cü il təvəllüdlü Ayan Əlizamin qızı Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. A.Əliyevanın ağır, digərlərinin isə vəziyyətinin qənaətbəxş olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR