MMP-çilər Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yürüşə qatılıblar

img

26-02-2019 [12:20]


Bu gün Müasir Müsavat Partiyasının rəhbərliyi və fəal üzvləri Xocalı soyqırımı ilə bağlı anım tədbirinə qatılıblar. 

Qeyd edək kii, bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilib. Müasir Müsavat Partiyasının rəhbərliyi də bu yürüşdə iştirak ediblər. 

Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub