Komada olan Baş redaktor vəfat etdi

img

24-02-2019 [11:53]


”Oxu məni” qəzetinin keçmiş baş redaktoru Natiq Qocaman bu gün vəfat edib.

Mia.az bildirir ki, 24 gün komada olan jurnalist bu gün səhər dünyasını dəyişib.

Xatırladaq ki, Natiq Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. Jurnalistin xanımı Könül Qocayeva həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət etdikdən sonra, o, fevralın 12-də Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülmüşdü.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub