Mobil telefonların qeydiyyatı: ödənilən dövlət rüsumu hara gedir?

23-02-2019 [13:07]
Osman Gündüz

***

Ötən il Nazirlər Kabineti mobil cihazların qeydiyyat rüsumunu 3000 % -dək qaldırılması haqqında absurd bir qərar qəbul edib. Bunadək rüsum 5 manat olub.

Telefon alanlar marka və modelindən asılı olaraq 20 manatdan 150 manatdək qeydiyyat rüsumu ödəməlidir.

Yığılan dövlət rüsumlarından necə istifadə olunur? Yəni, adi bir vətəndaş 50 manat verib düyməli bir telefon alacaqsa onun ödəyəcəyi 20 manat rüsum hara gedəcək?

Bir ay bundan öncə qəbul edilən NK qərarına görə, bu rüsumlardan hökumət aşağıdakı qaydada istifadə edəcək:

1. 30 %, Prezidentin Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə NRYTN mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün istifadə ediləcək.
Bu 30%- də yuxarıda adı çəkilən qurumlar arasında aşağıdakı qaydada bölünəcək :

- 5%, Prezidentn Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək üçün

- 25%, NRYTN işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün 2. 70 % dövlət büdcəsinə

P.S. Haızrda Barselona şəhərində növbəti Dünya Mobil Konqresi keçirilir ( Mobile World Congress, MWC) .
Məqsəd mobil texnologiyalar və mobil həllər sahəsində ən qabaqcıl texnologiyaları nümayiş etdirmək, yeni mobil və İT trendlər ətrafında müzakirə açmaqdır. 

Məhz burada ən yeni mobil texnologiyar təqdim olunur və şirkətlər, hökumətlər dərhal onu əldə etmək üçün "vuruşurlar”.

Biz isə "kim ən yenisindən istifadə edəcəksə o qədər artıq dövlət rüsumu ödəyəcək” prinsipinə üstünlük veririk.

P.P.S DGK-nın son açıqlamalarından da hiss olunur ki, bu qərarın mobil telefon qaçaqmalçılığına elə də təsiri olmayıb.

Mia.az


Digər Xəbərlər

SON XƏBƏRLƏR