Gənc yazar qəfil vəfat etdi - Gürcüstanda

img

23-02-2019 [11:54]


Gənc bloqçu - yazar Kamran Rüstəmov Tiflisdə qəfil dünyasını dəyişib. 

Modern.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, Kamran Su imzası ilə tanınan gənc yazar infarktdan dünyasını dəyişib.

K.Rüstəmovun təxminən bir ay əvvəl ailə qurduğu deyilir. 28 yaşlı gənc yazar xeyli müddətdir Tiflisdə yaşayırdı. 

O, mədəniyyət, film sahəsi barədə məqalələrlə çıxış edirdi. Gürcüstana köçənə qədər Bakıda müxtəlif xəbər portallarında işləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR