BDU-nun itkin düşən tələbəsi Xəzər TV-də tapılıb? - Açıqlama

img

22-02-2019 [17:14]


Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsi Mayis Qurbanov fevralın 18-dən etibarən itkin düşüb.

Mia.az AzEdu.az-a istinadən xəbər verir ki, Mayis Qurbanov ən son Gəncədə yerləşən Texnologiya Universitetinin qarşısında görülüb. Tələbənin valideynləri Xəzər Tv-də Xoşqədəm Hidayətqızının təqdimatı ilə yayımlanan "Səni axtarıram” verilişinə müraciət ediblər.

Yaxınlarının sözlərinə görə, verilişin prodüseri tələbənin valideynlərinə Mayisın tapıldığını bildirsə də, tapılanın əslində başqa biri olduğu ortaya çıxıb. Bununla belə, Mayisin anasını yenidən Xəzər Tv-ə dəvət ediblər.

Mövzuyla bağlı Mayis Qurbanovun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə əlaqə saxladıq.

Hüquq fakültəsinin dekan müavini Cabir Quliyev açıqlamasında bildirib ki, tələbənin itkin düşməsiylə bağlı məlumatlıdırlar:

"Bizdə olan informasiyaya görə, Mayis Qurbanov dünən tapılıb. Mayis orta bilik göstəricilərinə malik tələbədir, lakin bir az tənbəlliyi var idi. Psixoloji durumunun necə olduğunu araşdırmamışıq, amma ümumən yaxşı uşaq olub. İkinci semestr başlayandan heç bir dərsdə iştirak etməyib”.

Xəzər TV-nin "Səni axtarıram” verilişinin adını çəkmək istəməyən əməkdaşı isə saytımıza açıqlamasında bildirilib ki, fevralın 18-dən etibarən itkin düşən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbəsi Mayis Qurbanovun tapılmasına dair valideynlərinə hər hansı yanlış məlumat verilməyib.

Məlumatda qeyd olunur ki, itkin düşən Mayis Qurbanov tapılmayıb. Sadəcə olaraq Xoşqədəm Hidayətqızı efirdə Mayisin anasına müraciət edərək oğlunun tapılması üçün studiyaya gəlib verilişdə iştirak etməsini xahiş edib. 

Xəzər Tv-dən eyni zamanda, Mayis Qurbanovun valideynlərinin aldadılmadığını və onlara yanlış informasiyanın verilmədiyini bildiriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq