Ceyhun Bayramov şagirdlərlə rəsm çəkdi - FOTO

img

22-02-2019 [14:14]


Fevralın 22-də Təhsil naziri Ceyhun Bayramov  Bakıda səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson görüşüb. 

C.Bayramov Baronessa Emma Nikolsonla birlikdə rəsm çəkib.

Mia.az xəbər verir ki, Bakı şəhəri 23 nömrəli məktəbdə baş tutan görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu əməkdaşlıqda "British Council”un həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub. Eyni zamanda British Council ilə əməkdaşlıq çərçivəsində 23 nömrəli məktəbdə fəaliyyət göstərən ingilis dili resurs mərkəzi ziyarət olunub.

Sonra təhsil naziri xarici qonaqla birlikdə rəsm çəkib. Rəsmdə Novruz bayramının atributları təsvir olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR