Vasim Məmmədəliyev Mədəniyyət Televiziyasından getdi

img

22-02-2019 [12:07]


 Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev "Azərbaycan Teleradio Verilişləri" QSC-nin Mədəniyyət Televiziyasının efirində yayımlanan "Haqqın dərgahı” verilişinin aparıcısı vəzifəsindən çıxıb.

"Report”un xəbərinə görə, hazırda veriliş Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatında yayımlanır. 

Ş.Həsənli bildirib ki, verilişin ilk buraxılışı artıq onun təqdimatında efirdə yayımlanıb: "Haqqın dərgahı” verilişinin mənim təqdimatımda ilk proqramı ötən gün yayımlandı. Verilişin proqramı hələ ki, dəyişilməz olaraq qalır. Gələcəkdə verilişə qonaqların da dəvət olunması gözlənilir. Verilişdə dini dəyərlərə elmi yanaşma, mənəvi dəyərlərin müasir reallıqlara uyğun təbliğ olunmasına üstünlük veriləcək".

Qeyd edək ki, "Haqqın dərgahı" verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı