Qubada evlərdən oğurluq edən şəxs tutuldu

img

22-02-2019 [11:01]


Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək, sahiblərinə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Mia.az-a verilən məlumata görə, araşdırmalarla onun rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Əfəndiyev olduğu müəyyən edilib.

Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən Ş.Əfəndiyev, M.Sultanovaya məxsus Balaqadaşov küçəsində yerləşən fərdi yaşayış evinin açarını gizli yolla əldə etdiyini və müxtəlif vaxtlarda evə qanunsuz daxil olaraq oğurluqlar törətdiyini bildirib. Ümumilikdə ev sahibinə beş min manata qədər maddi ziyan vuran Ş.Əfəndiyev, həmin evdən 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd qaz sobası və digər məişət avadanlıqları oğurlayıb.

Bundan əlavə həmin şəxsin ətraflarında aparılan tədbirlərlə onun 2018-ci ilin noyabr ayında şəhərin A.Xammətov küçəsində yerləşən evlərin birindən dəyəri 350 manat olan "Pegasus Tecaro SL” markalı velosiped oğurladığı da məlum olub.

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı