Gömrük Komitəsi ölkəyə gətirilən quzu ətini bahalaşdırır?

img

21-02-2019 [16:32]


Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində 2018-ci ildə ölkəyə idxal edilən quzu ətinin idxalatçıların təqdim etdiyi invoys qiymətləri nəzərə alınmadan "gömrük orqanları tərəfindən tələb edilən" rəqəmlərlə rəsmiləşdirilməsinə eyham vuran və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Mia.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki,  2018-ci ildə ölkəyə idxal olunan və 1 kiloqramının gömrük dəyəri 17.7 ABŞ dolları təşkil edən, ümumilikdə 350 kiloqram quzu ətinin gömrük rəsmiləşdirilməsi idxalatçılar tərəfindən təqdim edilən sənədlər əsasında aparılıb və gömrük orqanlarına təqdim edilən sənədlərdə risk təşkil edəcək amillər yoxdur: "Üstəlik, bir il ərzində bəhs edilən növ quzu ətinin idxaldakı payı miqdar baxımından 350 kq, dəyəri isə 6180 ABŞ dolları təşkil edib ki, bu rəqəmlər əsasında gömrük orqanlarının hansısa manipulyasiyaya yol verməsini düşünmək belə gülüncdür.

Malın qiymətinin yüksək olmasına gəlincə isə, bəhs edilən məhsul ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi olaraq sifariş edilən və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir.

Bir daha xatırladırıq ki, idxal-ixrac əməliyyatları ilə bağlı gömrük statistikası qanunvericiliyə uyğun olaraq tam şəffaf şəkildə aparılır”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı