Aygün Kazımovadan daha bir YENİLİK - “Duy”

21-02-2019 [13:19]

Amerikada Snoop Dogg ilə reallaşdırdığı səs küylü layihədən sonra Aygün Kazımova yenidən beynəlxalq arenadadır.

Mia.az-a verilən məlumata görə, bu dəfə onun həmkarı dünyaca məşhur DJ David Vendettadır.

Azərbaycanın ən çox albom və klip təqdim edən sənətçisi, "Duy” adlanan son albomundan eyni adlı mahnıya ekran həyatı verib. Bu, həmin albomdan "Sus”, "Cücələrim”, "Əlbəttə” mahnılarından sonra sayca dördüncü klipdir. Rejissor, uzun illərdir yaradıcılığında klipmeykerliyə ara verən Fuad Əlişovdur. Onun daha əvvəl Aygün Kazımovanın "Ya i ti”, "Məhəbbət üçbucağı”, "Uyma”, "Sevdim”, "Şəklimi çək”, "Depresyondayım” və digər əfsanəvi kliplərində əməyi olub. Sənətçinin obrazları üzərində Rufat İsmayıl, Ruxa və Tural Atayev çalışıb.

Ekran işində Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir. Həmin mesajları "MTV” kanalının tamaşaçıları Azərbaycan dilində oxuya bilərlər. Dünya tamaşaçısı üçün isə klipi ingilis dilində Netd music kanalı təqdim edir. Davidin rəsmi nümayəndəsi Boris Abdulun ideya müəllifi olduğu layihə "SS Production” tərəfindən həyata keçirilib.


SON XƏBƏRLƏR