Nəcməddin Ərbakanın kitabı Azərbaycan türkcəsinə uyğunlaşdırıldı

img

20-02-2019 [17:09]


Türkiyə Cümhuriyyətinin Baş Naziri, Milli Görüş hərəkatının lideri Prof. Dr. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinin, düşüncə və fikirlərinin qələmə alındığı "Davam” kitabı Azərbaycan türkcəsinə uyğunlaşdırılıb. 

Türkiyədə və digər müsəlman ölkələrində böyük maraq oyadan "Davam” kitabı "Bizim Səsimiz” qəzetinin Kitab Klubunun təşəbbüsü ilə "Nurlar” nəşriyyatında nəşr edilib.

Kitaba ön söz yazan Doğru Yol Partiyası Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin sədri Kəramət Salahbizimsesimiz.info-ya bildirib ki, "param – parça olub bir çox sahələrdə Qərbin təsir dairəsində olan İslam Dünyasının birliyi, həmrəyliyi və dünyanın yenidən zülm deyil Adil Düzən prinsipləri əsasında qurulması, haqqı üstün tutan şüurun formalaşması baxımından kitab çox böyük əhəmiyyət daşıyır. Dünyanın bir tərəfində qan, göz yaşları, müharibələr, aclıq – səfalət, terror baş verdiyi halda, digər bir tərərəfdə susqunluq, böyük dövlətlərin zülmə məruz qalan xalqlara ikili münasibəti və "əzici güclərin” uzunmüddətli müstəmləkə siyasətləri izah edilir ”

Qeyd edək ki, "Davam” kitabı bir neçə müsəlman ölkəsində yerli dillərə tərcümə edilib.

Kitab Azərbaycan oxucusu üçün çox aktual olan mövzular ilə zəngindir.



Digər xəbərlər
SON XƏBƏRLƏR