“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

img

20-02-2019 [16:03]


Ölkənin ən gənc mobil operatoru olan "Nar” yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. 

Şirkətdən Mia.az-a verilən məlumata görə, baza stansiyalarının sayını sürətlə artıran mobil operator hazırda ölkədə ən geniş şəbəkələrindən birinə malikdir. Aparılan təkmilləşmə işlərinin nəticəsi olaraq, "Nar” son 3 ayda ölkə ərazisində 355-dən çox 4G, 35-dən çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Hazırda mobil operatorun 4G baza stansiyalarının sayı 1700-ü, 3G baza stansiyalarının sayı isə 2600-ü ötüb.

Bölgələrə xüsusi diqqətilə seçilən mobil operator 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Hazırda 45-dan çox bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür.

Qeyd edək ki, "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, "Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR