Qadını vurub öldürən “Porsche” Cavanşir Feyziyevin imiş - ŞOK FAKTLAR

img

19-02-2019 [18:01]


Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Abbasov Fərid Həsənağa oğlunun idarə etdiyi "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin "Avromed” MMC-yə məxsus olduğu üzə çıxıb.

Belə ki, lüks avtomobil Xəzər rayonu Qala qəsəbəsi ərazisində - Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu "Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.

Qadını vuran "Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub.


***

Fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Mia.az xəbər verir ki, AFN-ə məlumat verən mənbə iddia edir ki, ölümlə nəticələnən qəzada "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olub: "Deputatın sürücüsü 1984-cü il təvəllüdlü Abbasov Fərdi Həsənağa oğlunu prosesə sonradan cəlb ediblər. Mətbuatda da hadisə və avtomobilin əsl sahibi haqda düzgün olmayan məlumatlar yayılıb. Guya avtomobil "Avromed" MMC-yə məxsusdur, Abbasov Fərid Həsənağa oğlu da həmin şirkətin sürücüsüdür".

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu "Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır. "Qadını vuran "Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub" - deyə yayılmış məlumatlarda bildirilir. Lakin AFN-in araşdırması zamanı məlum oldu ki, avtomobil Feyziyev Cavanşir Əyyub oğlunun adınadır və qeydiyyat zamanı sistemə 0554441133 saylı telefon nömrəsi daxil edilib. Həmin nömrəyə etdiyimiz zəngə cavab verən şəxs mövzu ilə bağlı suallarımızı dinləsə də, bildirdi ki, telefon başqasınındır və hazırda sahibi yanında deyil: "Özü gəlsin deyərəm sizinlə əlaqə saxlasın".

Qeyd edilənlərlə bağlı C.Feyziyevin mövqeyini öyrənmək üçün cəhd etsək də, təəssüf ki, deputat zənglərimizə cavab vermədi. Onun hazırda xaricdə olduğu bildirilir.
Eləcə də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə və Daxili İşlər Nazirliyinə etdiyimiz müraciətlərə dəqiq cavab verilmədi. BŞBDYPİ-dən istintaq getdiyi, əlavə məlumatları DİN-dən ala biləcəyimiz deyilsə də, nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məsələyə aydınlıq gətirməkdən boyun qaçırdı: "İstintaq materialları haqda məlumatı ancaq ki, müstəntiqdən ala bilərsiniz". Xəzər Rayon Polis İdarəsindən telefona cavab verən şəxs isə ümumiyyətlə belə bir hadisənin baş verməsindən xəbərsiz olduqlarını bildirdi.

AFN-in araşdırması zamanı o da məlum oldu ki, "Porsche Cayenne GTS” 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunması üçün qəza zamanı sükan arxasında olduğu deyilən Abbasov Fərdi Həsənağa oğlunun adına heç bir etibarnamə yoxdur və olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı