warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 340 dəfə oxunub

Azərbaycan və çeçen ağsaqqalları Moskvada toplandı – Görüş + FOTO

19 Fevral 2019 [16:03]
Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilib.

Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanov iştirak ediblər.

Görüşdə Azərbaycan və çeçen xalqları arasında Moskvada baş vermiş insident müzakirə olunub.

"Ölkələrimiz - Rusiya və Azərbaycan, Çeçenistan və Azərbaycan arasında mövcud olan münasibətlər, əməkdaşlıq və dostluq son illərdə baş verən hadisələrlə sübut edilən ənənəvi tarixi əlaqələrdir. Bu onu göstərir ki, bizim dostluğumuzu pozmaq çətindir", - bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu azərbaycanlı və çeçen ağsaqqalların görüşündə deyib.

"Təəssüf ki, münasibətləri pozmağa səy göstərən üçüncü qüvvələr var. Onlar cəhd edirlər, amma biz buna qarşı çıxacağıq və bu qarşıdurma rəhbərlərimizin iradəsinə, xalqlarımızın iradəsinə, çeçen və Azərbaycan xalqlarının təcrübədən keçmiş dostluğuna əsaslanır. Bu günlərdə bu məsələdə iştirak edən və təxribatın miqyasının artmasına imkan verməyən hər kəsə minnətdarlığımı bildirirəm. Bunu edənlər və olayı qızışdıranlar cəzalandırılmalıdır", - deyə səfir bu yaxınlarda Rusiyada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti şərh edərkən bildirib.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub/Report.


SON XƏBƏRLƏR