Ayaz Salayev İbrahimovun Bakı səfərindən danışdı: “O, dönsə də...”

19-02-2019 [15:57]
"Rüstəm İbrahimbəyov dönsə də, mən fikrimdən dönmürəm”.

Mia.az xəbər verir ki, bunu BakuPost-a açıqlamada kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib. Bildirib ki, R.İbrahimovun Bakıya gəlməsi, burada hansısa tədbir düzənləməsi onun üçün heç nəyi dəyişmir: 

"Mən, onu ""Qafqaz Üçlüyü"” filminə görə tənqid etmişəm. Bundan peşman deyiləm. Əksinə, sevinirəm və fikrimdə qalıram. O, dəyərlərimizə və xalqımıza qarşı olduqca səhv hərəkət edib. Bu baxımdan mən ona son dərəcə uzaq adamam”.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun ərsəyə gətirdiyi "Qafqaz Üçlüyü" filminə görə ilk tənqidi məqaləni Ayaz Salayev yazmışdı. Bundan sonra R.İbrahimova qarşı böyük kampaniya başladı. O vətənə xəyanətdə, ermənilərə sevgi bəsləməkdə ittiham olunurdu.



SON XƏBƏRLƏR