warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 87 dəfə oxunub

ABŞ-dan Türkiyəyə dəstək - Uyğur problemi ilə bağlı

19 Fevral 2019 [15:53]
 "Çin 2017-ci ilin aprelindən indiyədək 800 min - 2 milyon uyğuru və başqa müsəlman azlığa mənsub qrupları kütləvi düşərgələrdə saxlayır”.

"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, məlumat ABŞ-ın Türkiyədəki səfirliyinin "Twitter” səhifəsində yayılıb.

Bildirilib ki, ABŞ Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasına qoşulur. Həmin açıqlamada vurğulanmışdı: "Özbaşına həbslərə məruz qalan bir milyondan çox uyğur türkünün kütləvi düşərgələrdə, həbsxanalarda işgəncə və siyasi cəhətdən beyinyuma hallarına məruz qalması artıq bir sirr deyil”.

Xatırladaq ki, Mərkəzi Asiya ölkələrinin Çin Xalq Respublikasındakı səfirliklərinin diplomatlarından ibarət heyət Sincan-Uyğur Muxtar Bölgəsi hökumətinin dəvəti ilə əyalətin Urumçi, Kaşqar və Xotan şəhərlərinə səfər ediblər.

Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya "siyasi yenidən tərbiyələndirmə düşərgələri" barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb. 


SON XƏBƏRLƏR