ATƏT-in fəaliyyətdə olan sədri Lavrovla görüşdü - Qarabağ müzakirəsi

img

19-02-2019 [14:28]


"Dağlıq Qarabağ münaqişəsi ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Moskvada keçirilən görüşdə müzakirə mövzusu olub".

"Report” xəbər verir ki, bu barədə danışıqların yekununa həsr olunan mətbuat konfransında S.Lavrov bildirib.

O, görüş zamanı ATƏT-in 2019-cu il üçün öncül vəzifələrinin müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, bunların arasında Ukraynanın cənub-şərqindəki vəziyyətə dair təmas qrupunun fəaliyyəti, Dağlıq Qarabağ və Trans-Nistru münaqişələri, habelə beynəlxalq terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsi kimi bütün üzv ölkələri narahat edən təhdidlər sadalanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub