Şriftin ölçüsü / 428 dəfə oxunub

Lalə Şövkət xaricə köçüb? - ALP sədrindən açıqlamalar

19 Fevral 2019 [14:15]
"Lalə Şövkətin Azərbaycanı tərk edib xaricə yaşaması barədə deyilənlər yalandır. Lalə xanım Bakıdadır və partiyaya rəhbərik edir”.

Bu sözləri Strateq.az-a açqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bu barədə yayılan məlumatı şərh edərkən deyib. 

Ə. Temirxan qeyd edib ki, ALP gündəlik siyasi fəaliyyətini davam etdirir. ALP sədri ölkədəki  son ictimai-siyasi duruma münasibət bildirərək deyib ki, hakimiyyətdən köklü islahatların aparılacağını gözləyirlər: "İqtidar köklü siyasi, sosial-iqtisadi islahatlar keçirsə, bunu alqışlayacağıq”.

Ə.Temirxan müxalifət düşərgəsindəki vəziyyətə də toxunub. 

Onun sözlərinə görə, özünü iqtidara müxalifət sayanların birləşməsini alqışlayır, qarşıdumasından üzülürlər. Milli Şuranın keçirdiyi son mitinqləri şərh edən ALP sədri vurğulayıb ki, aksiyalarda sosial problemlərin qabardılmasını dəstəkləyirlər: "Nəhayət ki, müxalifətçilər sosial problemlərə xüsusi diqqət yetirdilər. Bu alqışlanmalıdır. Biz hələ 1998-ci ildə SİDSUH-da "Seçki, Çörək, İş, Qarabağ” şüarını təklif edirdik”.

ALP müxalifətin aksiyalarına qatılmaqla bağlı qərar qəbul etməyib. Ə.Temirxanın sözlərinə görə, etiraz etmək hər bir vətəndaşın hüququdur: "Hamının hüququna hörmətlə yanaşırıq. İştirak qərarı hər bir partiya üzvünün, tərəfdarının, seçicisinin öz baxışından asılıdır”.

 


SON XƏBƏRLƏR