warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 101 dəfə oxunub

AFFA-da iclas - Bu klublar cəzalandırıldı

19 Fevral 2019 [14:02]
AFFA İntizam Komitəsi bu gün iclas keçirib.

Mia.az AFFA-ya istinadən bildirir ki, U-12 Liqasının "Şirvanovka” (Qusar) – "Neftçi” İK İB matçında və U-12 Qızlar Liqasının "Keşlə” (Bakı) – "Mil-Muğan” (İmişli) görüşündə meydan sahiblərinin heyətində yetərsay olmadığı üçün hər iki kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasının "Neftçi” İK İB (Siyəzən) – "Şahdağ” FK oyununda qonaqlar yaş limitini pozduğuna görə analoji cəza ilə üzləşiblər.

Futzal üzrə Birinci Liqanın "Baku Fans” – "Sovetski” və İkinci Liqanın "Borçalı” – "Gilan” matçlarında qonaqların heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verilib. 


SON XƏBƏRLƏR