Bakıda gözəllik salonundan 8 min pul və 7 minlik süni saç oğurlayan saxlanılıb

19-02-2019 [12:51]

Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb:

"Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb".

Araşdırma aparılır.



SON XƏBƏRLƏR