Adil Əliyevlə Rauf Əliyev komitə üzvlüyündən çıxarılıb - Parlamentdə dəyişiklik

img

19-02-2019 [12:13]


 Milli Məclisin bu gün keçirilən plenar iclasında Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb.

"Report” xəbər verir ki, Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılıb.

Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb. Həmin deputatların namizədliyi səsverməyə çıxarılaraq komitə üzvü seçiliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR