19-02-2019 [11:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az Azərtac-a istinadən xəbər verir ki, Henrik Hololey dövlətimizin başçısını ötən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi, bunu xalqın ölkədə sabitliyə və inkişafa göstərdiyi etimad kimi dəyərləndirdi. Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey bu səfəri zamanı Azərbaycanın bölgələrində olduğunu və gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib, ölkəmizin turizm və digər sahələrdə böyük potensiala malik olduğunu vurğulayıb.
Qonaq, eyni zamanda, Bakıda səmərəli görüşlər keçirdiklərini bildirərək, Heydər Əliyev beynəlxalq aeroportunun və Azərbaycanda mülki aviasiya sisteminin texniki təchizatının yüksək səviyyədə olduğunu qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun yaradılması istiqamətində çox böyük layihələrin reallaşdığını vurğulayaraq, altı beynəlxalq hava limanının, beynəlxalq standartlara cavab verən avtomagistral yollarının, Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası və digər işlərin həyata keçirilməsi nəticəsində ölkəmizin mühüm beynəlxalq nəqliyyat qovşağına çevrildiyini bildirib.
Dövlət başçısı Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb, Şimal-Qərb istiqamətlərində nəqliyyat daşımaları sahəsində mühüm rol oynayacağını qeyd edərək, perspektivlər nəzərə alınmaqla bu sahədə artıq konkret işlərin görüldüyünü deyib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradılmasının önəmi qeyd olunub, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub