Azərbaycanda banka getmədən hesab açmaq mümkün olacaq

img

19-02-2019 [11:37]


 Azərbaycanda bank hesablarının açılması ilə bağlı yeni qaydalar hazırlanıb və müzakirədədir.

"Report” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov məlumat verib.

"Bu qaydalar bazara bir sıra yeniliklər gətirəcək. Vətəndaşlar evdən və yaxud iş yerindən bank hesabı aça biləcəklər.  Ümumiyyətlə, "ASAN finans" sisteminin və bu layihə çərçivəsində "Elektron hökumət” portalının verdiyi imkanlardan istifadə etməklə könüllü və icbari sığorta bazarını genişləndirmək mümkündür. Maliyyə sektorunun ana hədəflərindən biri rəqəmsallaşma, müştəri məmuniyyətinin təmin olunmasıdır. Ötən il cari hesablar üzərindən elektron əməliyyatlarin payı 24%-ə çatıb ki, bu da təxminən 2 dəfə artım deməkdir. Lakin biz bununla kifayətlənməməliyik”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR