Bakıda piyadanı maşınla vurub qaçan sürücü yaxalanıb - Təfərrüat

img

19-02-2019 [11:16]


 Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü yaxalanıb.

DİN Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR