Eldar Əzizov töhmət verdiyi baş direktoru işdən çıxardı - Meriyada daha bir dəyişiklik

19-02-2019 [11:09]

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov baş direktoru işdən çıxarıb.

Mia.az unikal.org-a istinadən xəbər verir ki, Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib.

Xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə ay öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət vermişdi.



SON XƏBƏRLƏR