warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 346 dəfə oxunub

Əhalinin problemli kredit borcları silinəcək - Şərtlər müzakirə olunur

19 Fevral 2019 [10:32]
Ölkə rəhbərliyinin atdığı bir sıra addımlardan sonra üç ildən çoxdur əhalini narahat edən əsas problemlərdən biri - vaxtı keçmiş kreditlər məsələsi də gündəmə gətirilib. Milli Məclisin üzvü Vahid Əhmədovun ölkə prezidentinə bu problemin həllinə dəstək verməsi ilə bağlı müraciətindən sonra bir sıra ekspertlər məsələnin həllinə dair təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 milyard 585 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 6,1 faiz, ötən il yanvarın 1-nə nisbətən isə 2,6 faiz azdır.

Qeyri-rəsmi hesablamalara görə, Azərbaycanda 700 min nəfərdən çox insanın problemli krediti var. Bundan əlavə, mövcud problemli kreditlərin 95 faizindən yuxarısı xarici, əsasən isə ABŞ dollarındadır. Onların böyük əksəriyyəti 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranıb.

Qaytarılmayan kreditlərlə bağlı bank müraciətləri əsasında vətəndaşlara qarşı qaldırılmış məhkəmə iddialarının sayı 100 minlərlədir. Yüz minlərlə insanın əmlakına, əmək haqqına əl qoyulub, ölkədən çıxışı yasaqlanıb. Bütün bunlar isə əhalidə ciddi narazılıqların yaranmasına gətirib çıxarıb.

Buna görə də məsələnin geniş çevrələrdə müzakirəsindən sonra bütün nəzərlər ölkə rəhbərliyinə dikilib. Məlumata görə, Azərbaycan hökuməti geniş ictimaiyyətin ən çox gözlədiyi addımlardan birini atmağa - problemli kreditlər məsələsinə əl qoymağa hazırlaşır. Bu məqsədlə Mərkəzi Bank, Maliyyə Nazirliyi və banklarla müzakirələrin aparıldığı bildirilir.

Məlumata görə, dövlətin problemin həllinə dəstəyi iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə ödənməmiş hissəsi 1500 dollara qədər olan bütün kreditlər banklar tərəfindən güzəşt kimi ləğv ediləcək. Bu zaman yaranan maliyyə yükünü banklar çəkəcək. 1500 dollardan 5000 dollara qədər olan kreditlərin isə mühüm bir hissəsinin dövlət tərəfindən qarşılanacağı, qalan cüzi hissəsinin ödənişi üçün vətəndaşlara daha uzun və faizsiz müddət müəyyənləşdiriləcəyi gözlənilir.

Etibarlı mənbələrdən verilən məlumata görə, hazırda banklardan problemli borclarla bağlı məlumatlar toplanmaqdadır. Həmin məlumatların analiz olunması və ümumiləşdirilməsi prosesinin bir qədər zaman aparacağı gözlənilir. Buna prosesi ağırlaşdıran bəzi amillər təsir edir. Bunlardan birincisi bankların problemli kreditlərin sayını və məbləğini gizlətməyə çalışmaları ilə bağlıdır. Belə ki, əksər banklar ümumi göstəricilərinin pisləşməməsi üçün qaytarılmayan xeyli miqdarda krediti problemli kreditlər siyahısına daxil etmirlər. Bundan əlavə, banklardakı problemli kreditlərin xeyli hissəsi bank rəhbərləri və onlara yaxın çevrələrə verilmiş irihəcmli kreditlərdir. Bu səbəbdən də banklar onlar barədə məlumatları açıqlamaqda həvəsli deyillər. Nəhayət, bir çox vətəndaşlar var ki, ödəniş imkanları olsa da, kreditləri qaytarmaqdan imtina edirlər. Bütün bunlar problemin həlli üçün dəqiq və işlək mexanizm hazırlanması müddətinin uzanmasına, azı 2-3 ay vaxt aparmasına səbəb ola bilər.(Yeni Müsavat)


SON XƏBƏRLƏR