warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 370 dəfə oxunub

Ramil Usubov generalın oğluna vəzifə verdi

19 Fevral 2019 [10:32]
Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayevin oğluna yüksək vəzifə verilib. 

Mia.az Demokrat.az-a istinadən xəbər verir ki, generalın oğlu Əli Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis müavini təyin edilib.

Həmin bölmənin rəis müavini Mehman Əsədov bir neçə gün əvvəl ölkədən qaçarkən tutulub.

Ə.Əsədullayevin 34 yaşı var. Bundan əvvəl Bakının müxtəlif polis bölmələrində çalışıb. 

Qardaşı Tamerlan Əsədullayev bir neçə il əvvəl Bakının «Senator» restoranında dava-dalaş salmışdı. Davada bir nəfər bıçaqlanaraq yaralanmışdı. 

Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə həbs edilmişdi. Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş etmişdi.

Əli Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.



SON XƏBƏRLƏR