warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 66 dəfə oxunub

Oqtay Əsədov: “Azərbaycanla Türkiyə arasında əməkdaşlıqla bağlı daha 30 sənəd imzalanacaq”

18 Fevral 2019 [17:37]
Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. 

Parlamentdən "Report”a verilən məlumata görə, spiker qrupun rəhbəri Şamil Ayrımın bu vəzifədə Azərbaycana ilk rəsmi səfərini yüksək dəyərləndirib.

O bildirib ki, hər iki ölkə rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etmələri artıq ənənəvi xarakter alıb.

O.Əsədov bir neçə gün əvvəl İstanbulda yaşayış binasının çökməsi nəticəsində mülki şəxslərin həyatını itirməsindən və vertolyot qəzasında hərbçilərin şəhid olmasından kədərləndiyini, onların yaxınlarına Milli Məclis üzvləri adından başsağlığı verdiyini söyləyib.

Onun sözlərinə görə, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərməkdədir: "TAP, Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi əməkdaşlığı daha da dərinləşdirir. Əgər 2017-ci ildə ticarət dövriyyəsi 2,6 milyard ABŞ dolları təşkil edibsə, ötən il bu rəqəm 3,4 milyardı keçib. Ölkələr arasında bu günə kimi 230-a qədər sənəd imzalanıb, daha 30-a qədər sənəd üzərində iş aparılmaqdadır. Gələcəkdə iqtisadi sahədə qarşılıqlı yatırımların həcmini artırmaq niyyətindəyik. Azərbaycan Türkiyənin uğurlarına sevinir, qardaş ölkənin nailiyyətləri ilə qürur duyur”.

TBMM-nin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanda olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün çox yüksək səviyyədədir: "Dövlət başçıları arasındakı səmimi münasibət həyatın digər sahələrinə də öz təsirini göstərməkdədir. Azərbaycanla dostluq qrupu TBMM-də ən böyük qruplardan biridir. Bu qrupa üzv olmaq üçün Türkiyə millət vəkillərindən 360 müraciət daxil olub. Türkiyəli deputatlar Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyir, Azərbaycanın uğurlarını öz uğurları, problemlərini öz problemləri kimi qəbul edirlər”.

Ş.Ayrım qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı kimi, Türkiyə vətəndaşlarını da narahat edir: "Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Bu mərasimlə əlaqədar Türkiyədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Biz bu problemin tezliklə ədalətli həllinin tərəfdarlıyıq. Bu məsələdə qeyd-şərtsiz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik”.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR