YAP-çı deputat Rüstəm İbrahimbəyovdan danışdı: "Prezident bağışlayandır"

img

18-02-2019 [16:33]


Tanınmış kinodramaturq, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi ilə bağlı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Unikal.org-a açıqlama verib.

Siyavuş Novruzov bildirib ki, Cənab prezident bağışlayan və günahlardan keçəndir:

"Ümumilikdə bir məsələni qeyd etmək istəyirəm. Bu gün ölkədə çox böyük işlər gedir və islahatlar aparılır. Bütün bunlarla bağlı müvafiq addımlar atılır. Bütün sahələrdə inkişaf olduğu kimi, bu inkişafın həyata keçirilməsi üçün müvafiq Dövlət Proqramları var. Hamısı həm struktur islahatlarda, həm iqtisadiyyatda, həmçinin kənd təsərrüfatında, sosial təminata yeni baxış, minimum əmək haqlarının artırılması, pensiyaların artırılması məsələləri dövlətin ən priolitet istiqamətlərindəndir. Bütün sahələrə nəzər salsaq dünyada baş verən hadisələrin çərçivəsində Azərbaycan uğurla inkişaf edir və bu gün də davam olunur. Hazırda Azərbaycanda çox ciddi ictimai-siyasi sabitlik var. Xalq-iqtidar birliyi hökum sürür. Son seçkilərdə dediklərimin bir daha bariz nümunəsidir. Azərbaycan xalqı bir daha göstərdi ki, öz prezidentinin yanındadır. Prezidentin hərtərəfli siyasətində bütün sahələrdə: istər ictimai siyasi, istər hüquqi, istər mənəvi, tolerantlıq, idman, sisyasi sistemin formalaşması, mətbuatın azadlığı, internet azadlığı və digər başqa-başqa sahələr ölkə başçısının diqqətindədir. Bəzən bu sahələrdə sui-istifadə halları da olur. O cümlədən humanizim Heydər Əliyevin siyasətinin əsas aparıcı xətlərindən biri olub. O, əfv sərəncamları, amnisiya aktları imzalayıb. Bu uğurlu siyasət hazırda Heydər Əliyevin davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Bu günə qədər 70 qədər əfv sərəncamı imzalanıb. Həmçinin, Heydər Əliyev Fondunun prezidenti, xanım Mehriban Əliyevanın təşəbbüsü ilə böyük amnistiya aktı imzalanıb. Kim isə səhvini başa düşür, elədiyi əməldən peşmançılıq çəkir, vaxti ilə bu məsələləri görməyib, indi görmə imkanları bərpa olunubsa, həmin insanlar həmişə humanizim aktının obyektinə çevrilə bilirlər. Hər zaman bağışlamaq hüququ böyük Allaha məxsusdur, Konstitusiyada isə cənab prezidentə məxsusdur. Cənab prezident bağışlayandı və günahlardan keçəndir".


Digər xəbərlər
SON XƏBƏRLƏR