Oyun zalından oğurluq edən keçmiş məhkum saxlanıldı - Polisdən açıqlama

img

18-02-2019 [16:23]


Cari il yanvarın 11-də Şirvan şəhər sakini Samid Əmirəliyev ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus oyun zalından 2 ədəd oyun aparatının və 5 ədəd idarəetmə cihazının oğurlanması barədə məlumat verib. 

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Mia.az-a verilən məlumata görə, müraciətlə əlaqədar ŞPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 22 yaşlı Cosqun İsmayılov saxlanılıb:

"Dindirilmə zamanı o, bu əməli bir nəfər tanışı ilə törətdiyini etiraf edib. Ətrafında aparılan araşdırmalarla onların müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus oyun zallarından ümumilikdə 11 ədəd oyun cihazı, 1 ədəd televizor, 1ədəd noutbuk oğurladığı məlum olub". 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub