Şriftin ölçüsü / 89 dəfə oxunub

Azərbaycan millisinin rəqibi Gürcüstanla yoldaşlıq oyunu keçirəcək

18 Fevral 2019 [16:12]
 Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Xorvatiya yığması yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

"Report" Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv Gürcüstan millisi ilə üz-üzə gələcək. Görüş Avropa çempionatının seçmə qrup mərhələsinin son oyun günündə - noybarın 19-da baş tutacaq.

2018-ci il Rusiyada keçirilmiş dünya çempionatının finalçısı iyunun 11-də yoldaşlıq oyununda Tunis yığması ilə də qarşılaşacaq.

Qeyd edək ki, Xorvatiya AVRO-2020-nin seçmə mərhələsindəki ilk matçını Azərbaycan millisinə qarşı keçirəcək. Martın 21-də Zaqrebdəki "Maksimir” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Yığma sentyabrın 9-da isə Xorvatiya ilə evdə görüşəcək. 


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib