warez script warez forum orkide shell indir mavi orkide sakarya escort PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir hacklink satın al iptv server
Şriftin ölçüsü / 325 dəfə oxunub

“İbrahimbəyov məni dəvət edib, sağlığına tost demişəm” - Anar

18 Fevral 2019 [14:58]

"Rüstəm İbrahimbəyov illərdir ki, mənim dostumdur, görkəmli yazıçıdır. Yubileyini qeyd edib, məni də dəvət edib, getmişəm, təbrik etmişəm, sağlığına tost demişəm".

Mia.az xəbər verir ki, bu sözləri Bizimyol.İnfo-ya AYB sədri sədri Anar Rzayev dünən Bakıda İbrahimbəyovun şərəfinə təşkil olunan məclislə bağlı suala cavab verərkən deyib.

Anar qeyd edib ki, İbrahimbəyov sözügedən tədbirə onu şəxsəndəvət edib:

"Bakıya gəlmişdi, mənə zəng etdi ki, yubileyimi qeyd edəcəm, getdim. Bura necə gəlib, başqa hansı işlərlə bağlı gəlib, mən bilmirəm. Orda başqa şəxslər də iştirak edirdi.”

R. İbrahimbəyovun dünənki yubileydə siyasətdən getdiyini açıqlaması ilə bağlı yayılan iddialara Anar belə cavab verib:

"Mən orda olanda bu barədə söhbət olmayıb. Ola bilər məndən qabaq bu barədə danışıb, mən bilmirəm. Orda siyasətlə bağlı söhbət olmayıb, sadəcə sənətdən danışılıb. Bunlar sizi niyə maraqlandırır? Bu barədə onun özündən soruşun. Bura necə gəldiyini, nə üçün gəldiyini, mən hardan bilim?..”





SON XƏBƏRLƏR